Acun qəzaya düşdü - Fotolar
13 Oktyabr 2019 19:34 DünyaTürkiyəli aparıcı, "TV8" telekanalının sahibi Acun Ilıcalı avtomobil qəzası keçirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza onun idarə etdiyi avtomobilin təkərinin partlaması nəticəsində baş verib. İdarəetməni itirən maşın yol kənarındakı səddə çırpılıb.
Hadisədə Acun xəsarət almayıb, ancaq onun lüks avtomobili yararsız hala düşüb.
Qəzadan sonra İnstaqram hesabında paylaşım edərək hər şeyin qaydasında olduğunu bildirib:
"Avtomobil qəzası keçirdim. Sağlıq vəziyyətim yaxşıdır. Axtaran, zəng edən hər kəsə təşəkkür edirəm".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31