Rusiyalı model kralı məhkəməyə verdi
Rusiyalı model kralı məhkəməyə verdi
13 Oktyabr 2019 19:31 DünyaRusiyalı model Oksana Voevodina Malayziyanın keçmiş kralı V Məhəmmədi məhkəməyə verib.
Olaylar.az xəbər verir ki, buna səbəb modelin oğlunun atasının Məhəmməd olduğunu sübut etməyə çalışmasıdır.
Məhəmməd Oksana 4 aylıq hamilə olanda ondan ayrılmış və uşağın atası olmadığını iddia etmişdi. O, boşandıqdan sonra da oğlunu görməyib. Kral Oksanaya və oğluna heç bir maddi dəstək də göstərmir.
Oksana V Məhəmməddən aliment tələb edir. Bunun üçün o, DNT analizi verərək, oğlunun atasının o, olduğunu sübut etməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31