Kaliforniyada yanğınlar səbəbindən təxminən 100 min nəfər təxliyə edilib
Kaliforniyada yanğınlar səbəbindən təxminən 100 min nəfər təxliyə edilib
12 Oktyabr 2019 10:30 DünyaABŞ-ın Kaliforniya ştatında təbiət yanğınları səbəbindən təxminən 100 min nəfər təxliyə edilib.
Bu barədə Los-Anceles şəhərinin polis bölməsinin "Twitter" səhifəsində bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, alov ştatın ərazisində artıq iki min hektara yaxın ərazini məhv edib.
Bildirilir ki, azı 25 min ev təxliyə edilib.
Qeyd edilir ki, təxliyə edilən insanların və onların ev heyvanlarının yerləşdirilməsi üçün 4 təxliyə mərkəzi yaradılıb.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31