Ağılsızlığın son həddi: yanacaq çənində hörümçəyi yandırmaq istədi
11 Oktyabr 2019 18:57 DünyaABŞ-da yancaq doldurma məntəqəsinin işçisi müştərinin avtomobilinə od vurub.
Olaylar.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb.
Kadrlarda məntəqə operatorunun maşına benzin doldurduğu görülür. Bundan sonra işçi proses zamanı yanacaq çəninin kənarında iri hörümçək görür və cibindən alışqanı çıxararaq onu yandırmağa çalışır. Lakin o, hörümçəyi yox maşını yandırır. Nə isə ki, operator özünü itirməyərək yanğının böyüməsinin qarşısını alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31