Tüfəngini təmizləyərkən 3 aylıq oğlunu yaraladı

Tüfəngini təmizləyərkən 3 aylıq oğlunu yaraladı

Uşaq xəstəxanaya yerləşdirilib

Türkiyənin Muğla şəhərinin Milas bölgəsində ov tüfəngini təmizləmək istəyərkən istəmədən tətiyə toxunan ata beşikdəki 3 aylıq oğlunun üzündən yaralayıb. Yaralı uşaq xəstəxanaya yerləşdirilib.

Hadisə dünən yerli saatla 21:00 radələrində baş verib.

Müalicəsinə başlanan uşağın həyati təhlükəsinin olmadığı bildirilib. Polis atanı nəzarətə götürüb.

Polisə ifadəsində uşağın anası olayın bilərəkdən olmadığını və şikayət etmədiyini açıqlayıb.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31