Hindistanda dəhşətli qəza- Avtobus səkidə yatan 7 nəfəri əzdi
Hindistanda dəhşətli qəza-Avtobus səkidə yatan 7 nəfəri əzdi
11 Oktyabr 2019 13:28 DünyaHindistanın Uttar Pradeş vilayətinin Bulandşahr bölgəsində səkidə yuxuya gedən 7 nəfər sürətlə gələn avtobusun altında qalaraq ölüb. Olaylar.azxəbər verir ki, məbəd ziyarətindən qayıdan və 56 nəfər sərnişini olan başqa bir avtobus Qanq çayına yaxın ərazidə istirahət üçün dayanıb. Avtobusdan enərək səkidə yatan 7 nəfər sürətlə hərəkət edən başqa bir avtobusun altında qalıb.
Hadisə gecə saatlarında meydana gəlib. Polisdən verilən məlumata əsasən, həlak olanlardan 4-ü qadın, 3-ü isə qız uşağıdır. Ölənlərdən üç nəfər eyni ailənin üzvləridir. Hazırda faktla bağlı araşdırma aparılır.
Sonxeber.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31