Çin hərbi uçan boşqab nümayiş etdirdi - FOTO
Çin hərbi uçan boşqab nümayiş etdirdi - FOTO
11 Oktyabr 2019 13:23 DünyaÇin dizaynerləri uçan naməlum obyektə (UFO) bənzəyən, hərbi uçan boşqab hazırlayıblar. Bu barədə "Drive" yazır.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, yeni döyüş maşını "China Helicopter Exposition 2019" sərgisində təqdim edilib və layihə "Superböyük Ağ Köpəkbalığı" adlandırılıb. Uçan boşqabı iki nəfər idarə edir.
Qeyd edək ki, "Alert 5" adlı istifadəçi yeni silahın şəkillərini özünün "Twitter" səhifəsində yerləşdirib və bildirib ki, uçan boşqabın maksimal sürəti 650 km/s-dir.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31