Rus kəşfiyyatı Krımda əməliyyat keçirdi – Xeyli saxlanılan var

Rus kəşfiyyatı Krımda əməliyyat keçirdi – Xeyli saxlanılan var

"Rusiya kəşfiyyatı Krımda alışdırıcı və partlayıcı maddələrlə təxribat törətməyə hazırlaşan Ukrayna tərəfdarlarından ibarət qrupa qarşı əməliyyat keçirib".

Olaylar.az  xəbər verir ki, bu fikirlər Federal Təhlükəsizlik Xidmətinin məlumatında yer alıb.

FTX-dən bildiriblər ki, Svestopol şəhərində uzun müddətdir izlənilən qrup üzxləri saxlanılıb.

Əməliyyat zamanı şübhəlilərin evlərində və qarajlarında çoxlu sayda "Molotov kokteyli", avtomat silahlar, bomba düzəltmək üçün kimyəvi maddələr və uzaqdan idarə olunan partlayıcı qurğular ələ keçirilib.

Əməliyyatçılar evlərdə axtarış zamanı divarlarda Ukrayna dövlət bayrağı, Avropa Birliyinin bayraqları və İsa peyğəmbərin ikonalarına rast gəliblər.

Federal Təhlükəsizlik Xidmətinin açıqlamasında qeyd edilir ki, təxribatçı qrup üzvlərinin evində axtarış zamanı faşizm simvolları ələ keçirilib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31