Prezidentin təyyarəsi radardan itdi
Prezidentin təyyarəsi radardan itdi
11 Oktyabr 2019 12:27 DünyaKonqo Demokratik Respublikasında göyərtəsində 8 nəfər olan "An-72" hərbi təyyarəsi radarlardan itib.
Ölkənin Mülki Aviasiya İdarəsi axtarış-xilasetmə əməliyyatı keçirir.
Məlumata görə, radarlardan itən hava gəmisi ölkə prezidenti Feliks Çisekedinin xidməti təyyarəsidir. Amma həmin vaxt dövlət başçısı təyyarədə olmayıb.
O, "Twitter" hesabında yazıb ki, təyyarə Konqonun Qoma hava limanından Kinşasu şəhəri istiqamətində uçurmuş. Təyyarənin göyərtəsində 4 ekipaj üzvü və 4 sərnişin olub./report/
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31