Ər yeməkdən tük çıxdığına görə arvadını keçəl etdi
Ər yeməkdən tük çıxdığına görə arvadını keçəl etdi
11 Oktyabr 2019 12:13 DünyaBanqladeşdə əri arvadının başını keçəl etdiyinə görə tutublar. Bablu Mondal həyat yoldaşını yeməkdən tük çıxdığına görə cəzalandırıb.
Olaylar.az xəbər verir ki, Banqladeşin Caypurhat vilayətinin kəndlərinin birində 35 yaşlı kişi arvadını aşağılayan addım atıb. O, 23 yaşlı qadını keçəl edib.
Yerli polis şöbəsinin sədri Şəhriyar Xanın dediyinə görə, hadisə səhər saatlarında baş verib. Səhər yeməyinin içindən tük çıxıb. Kişi özündən çıxıb və həyat yoldaşını cəzalandırmaq qərarına gəlib.
Mondal bədənə qəsdən xəsarət yetirməkdə və qadını təhqir etməkdə ittiham olunur. Onu 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bizimyol.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31