Paşinyan onu tənqid edəni həbs etdirməyə hazırlaşır
Paşinyan onu tənqid edəni həbs etdirməyə hazırlaşır
11 Oktyabr 2019 12:09 DünyaVitali Balasanyanın bəyanatlarında cinayətin olmasını hüquq-mühafizə orqanları müəyyən etməlidir.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O, Balasanyanın son müsahibəsinin hüquq-mühafizə orqanlarına göndərildiyini bildirib.
Qriqoryan Balasanyanın bu açıqlamasının Ermənistanla Qarabağ arasındakı münasibətlərə təsir etməyəcəyini deyib.
Qeyd edək ki, Balasanyan bundan öncə müsahibəsində Paşinyanı tənqid edərək, onun hakimiyyətdən uzaqlaşdırılması gərəkdiyini bildirmişdi.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31