Zelenski rekordlar kitabına düşdü: 1 sutkaya yaxın durmadan...
Zelenski rekordlar kitabına düşdü: 1 sutkaya yaxın durmadan...
11 Oktyabr 2019 11:05 DünyaUkrayna Prezidenti Vladimir Zelenski dünın səhər saat 10: 00-da başlayan və bu gün gecə yarısından sonra başa çatan mətbuat konfransı ilə hər kəsi təəccübləndirib.
Olaylar.az xəbər verir ki, Zelenski belə bir uzun mətbuat konfransının keçirilməsinin səbəbini izah edib:
"Bəziləri heç nə bilmədiyimi, bəziləri danışa bilməyəcəyimi, bəziləri isə qorxduğumu deyirdi".
Konfrans zamanı prezident jurnalistlərin suallarını gözardı etməyib, bəzilərinə cavab verməs də, bəzlərinə səthi toxunub. Jurnalistlərlə belə bir uzun dialoq Ukraynanın Milli Rekordlar Reyestri tərəfindən qeydə alınıb, konfransın 8 saatından sonra reyestrin nümayəndəsi Zelenskiyə sertifikat təqdim edib.
Kiyevdə təşkil olunan konfransa 300 jurnalist qoşulub, onların hər biri 7-10 nəfərdən ibarət qruplar şəklində 30 dəqiqə ərzində dövlət başçısı ilə söhbət edib.
Ünsiyyətin sürəti və müddəti Zelenskinin səsinə təsir edib və yerli mediaya görə, səs tellərinin normal işləməsi üçün xüsusi iynələrdən istifadə olunub.
Jurnalistlər və işçilər 5.3 min dollarlıq yeməklə təmin edilib.
teleqraf.com