Həkimi söyüb təhqir edən xəstə həbs edildi
Həkimi söyüb təhqir edən xəstə həbs edildi
10 Oktyabr 2019 16:20 DünyaDişi ağrıdığına görə xəstəxanaya gedən şəxs həbsxanalıq olub.
Olaylar.az xəbər verir ki, İzmirdə yaşayan 33 yaşlı H.Taş xəstəxananın təcili tibbi yardımında gecə növbəsindəki həkimə yaxınlaşaraq şikayətini bildirib. Lakin həkim ambulator yardım gözləyən daha ağır xəstələrin olduğunu bildirərək, gözləməsini xahiş edib. Bundan əsəbiləşən xəstə təkidlə həkimdən onu birinci qəbul etməsini istəyib.
Həkimin ona əhəmiyyət vermədiyini gördükdə isə, söyüş söyməyə başlayıb. Bu zaman həkim polis çağıraraq şikayət edib. Məsələyə məhkəmə tərəfindən baxılıb və H.Taşa həkimi söyüb təhqir etdiyi üçün 11 ay, 20 gün həbs cəzası alıb.
Medicina.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31