İşdən qovulduğu üçün sevgilisini güllələyib, səkkizinci mərtəbədən atdı

İşdən qovulduğu üçün sevgilisini güllələyib, səkkizinci mərtəbədən atdı

İngiltərədə işdən qovulduğu üçün depressiyaya düşən 33 yaşlı Tony Taylor sevgilisi Renata Ponqovayı silahla vuraraq, səkkizinci mərtəbədən aşağı atıb.

Olaylar.az xəbər verir ki, hadisə İngiltərədə baş verib. İşdən qovulan sevgilisinə dəstək olmaq istəyən qadın sonunda həyatından olub. T.Taylor sevgilisini güllələyərək, səkkizinci mərtəbədən atdıqdan sonra özünü də ataraq intihar edib.

R.Ponqova ölmədən öncə rəfiqəsinə yazdığı mesajında sevgilisinin işdən çıxdığı üçün çox gərgin olduğunu və onunla tez-tez mübahisə etdiyini bildirib.

Həmin gecə hadisənin şahidi olan qonşular dərhal polisə zəng vuraraq xəbər veriblər.

moderator.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31