İran da qarşıdır - Türkiyə Suriyadakı qoşunlarını geri çəkməlidir

İran da qarşıdır - Türkiyə Suriyadakı qoşunlarını geri çəkməlidir

İran Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalına doğru başlatdığı "Barış Pınarı" hərəkatı barədə açıqlama yayıb.

Olaylar.az türk mediasına istinadən bildirir ki, İran XİN Türkiyəyə qoşunlarını Suriyadan geri çəkmək və dərhal dayandırmaqla bağlı çağırış edib.

İranın Xarici İşlər naziri Cavad Zərif türk həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığında hərbi əməliyyatın əleyhinə olduğunu bildirib.

O, Suriyanın ərazi bütövlüyünün və milli suverenliyin, terrorizmlə mübarizənin və bu ölkədə sabitliyin, təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31