Almaniyada iki nəfər sinaqoqu atəşə tutub qaçdılar – Video

Almaniyada iki nəfər sinaqoqu atəşə tutub qaçdılar – Video

Almaniyanın Saksoniya-Anxalt federal torpağının Qalle şəhərində naməlum şəxslər yahudilərə odlu silahla hücum ediblər.

Olaylar.az  xəbər verir ki, "RİA "Novosti"nin məlumatına görə, atışma yerli sinaqoq yaxınlığında olub, bu zaman yəhudilər dini bayramını qeyd etmək üçün məbədə toplaşıblar.

Cinyətkarlar sinaqoqa daxil olmağa cəhd ediblər. Onlar yəhudi qəbiristanlığına qumbara da atıblar.

Hadisə kameralara düşüb. Cinayətkarlardan biri maşından düşərək tüfəngdən atəş açıb. Daha sonra şübhəlilər avtomobillə hadisə yerindən qaçıblar.

Polis qüvvələri şəhərdə gücləndirilmiş iş rejimində çalışır və vətəndaşlar ayıq olmağa çağırıb.

Şəhərin bütün yollarında, dəmiryolu stansiyalarında və hava limanlarında nəzarət gücləndirilib.

Bizimyol.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31