Aparıcının 4 yaşlı oğlu canlı yayımda anasını pərt etdi - VİDEO - FOTO

Aparıcının 4 yaşlı oğlu canlı yayımda anasını pərt etdi - VİDEO - FOTO

Bir müddət əvvəl BBC-nin efirində baş verən maraqlı anlar bu dəfə "NBC News"un studiyasında yaşanıb.

Courtney Kube-un aparıcılıq etdiyi əsnada studiyaya uşaq daxil olduğuna görə yayım yarımçıq kəsilib.

4 yaşlı uşağın studiyaya girdiyini görən aparıcı ciddiliyini qoruya bilməyib və gülməyə başlayıb. Olay aparıcının "Türkiyə ordusu Suriyaya daxil oldu" xəbərini çatdıran zaman baş verib.

"Üzr istəyirəm, bağışlayın məni. Azyaşlı oğlum kadrlara daxil oldu, canlı yayımdır...", - deyə aparıcı söyləyib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31