Tramp: “Türkiyəni böyük problemlər gözləyir”
Tramp: “Türkiyəni böyük problemlər gözləyir”
10 Oktyabr 2019 12:50 DünyaTürkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalına doğru başlatdığı "Barış Pınarı" hərəkatının fəsadları sanksiyalardan daha ağır ola bilər.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, "ABC News"-un verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Əgər bu baş versə, Türkiyə iqtisadiyyatını məhv edəcəyəm. Bir dəfə bunu etmişdim. Ümid edirəm ki, o (Ərdoğan) əməliyyatı mümkün qədər insani şəkildə aparacaq", - prezident qeyd edib.
Donald Tramp əlavə olaraq bildirib ki, cəza tədbirləri "sanksiyalardan daha ağır" olacaqdır.
"Əgər amerikan əsgərlərdən biri xəsarət alsa, Türkiyəni "böyük problemlər" gözləyir", - deyə Tramp vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31