Ekvadorda aksiyalarda 400-dən çox insan yaralanıb
Ekvadorda aksiyalarda 400-dən çox insan yaralanıb
10 Oktyabr 2019 11:09 DünyaEkvadorda kütləvi aksiyalarda 400-dən çox insan xəsarət alıb.
Bu barədə ölkənin Daxili işlər naziri Mariya Paula Romo məlumat verib.
Onun sözlərinə görə, xəsarət alanların 86 nəfəri polis əməkdaşlarıdır.
O, bir çox qurbanın gözyaşardıcı qazın geniş miqyaslı istifadəsi səbəbindən nəfəs almaqda çətinlik çəkdiyini bildirib.
Qeyd edək ki, bir neçə gündür Ekvadorda hökumətin iqtisadi islahatlarından narazı olan vətəndaşların kütləvi nümayişləri keçirilir.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31