taliyada 200-dək reys təxirə salındı - SƏBƏB?

taliyada 200-dək reys təxirə salındı - SƏBƏB?

İtaliyanın "Alitalia" aviaşirkəti işçilərin tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 198 reysi təxirə salıb.

Tətilə səbəb əməkdaşların aviaşirkətin planlaşdırılan restrukturizasiyasına etiraz etmələridir.

Qeyd olunur ki, tətil nəticəsində sərnişinlərin 30 faizi zərər çəkə bilər.

Tətil gün ərzində davam edəcək.

"Alitalia" aviaşirkəti təkrar strukturlaşdırılacağı təqdirdə 2 800 əməkdaş işdən azad edilə bilər.

trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31