Zelenskinin “ölüm fərmanı”nı alan şəxs saxlanıldı
Zelenskinin “ölüm fərmanı”nı alan şəxs saxlanıldı
9 Oktyabr 2019 17:34 DünyaUkraynada Prezident Vladimir Zelenskinin qətlə yetirilməsi ilə bağlı tapşırıq alan kişi saxlanılıb.
Həmin şəxsdən polisə Krivoy Roq şəhərinin sakinləri şikayət edib. Onların sözlərinə görə, adı açıqlanmayan kişi Prezidentin "ölüm fərmanı"nı aldığını deyib.
Sözügedən şəxs saxlanıldığı zaman sərxoş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31