Donald Tramp: “ABŞ gərək heç vaxt Yaxın Şərqə daxil olmayaydı”

Donald Tramp: “ABŞ gərək heç vaxt Yaxın Şərqə daxil olmayaydı”

"Axmaq və bitməyən müharibələr bizim üçün sona çatır".

Olaylar.az türk mediasına istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki səhifəsində yazıb.

Tramp qeyd edib ki, müxtəlif qruplar arasında yüz illərdir döyüşlər davam edir: "ABŞ gərək heç vaxt Yaxın Şərqə daxil olmayaydı. 50 əsgərimizi bölgədən çıxarmağa məcbur olduq. Türkiyə Avropanın qəbul etməkdən imtina etdiyi əsir götürülmüş İŞİD döyüşçülərini nəzarət altına almalıdır. Axmaq və bitməyən müharibələr bizim üçün sona çatır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31