Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholmda 2019-cu il Nobel həftəsi çərçivəsində kimya üzrə mükafatlar təqdim olunub.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu il bu mükafatı amerikalı Con Qudenou, britaniyalı Stenli Uittingem və yaponiyalı Akira Yosino əldə edib.

Onlar litium-ion batareyalarının yaradılması və inkişafına görə mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 10-da ədəbiyyat (2018 və 2019-cu illər üçün), oktyabrın 11-i sülh və oktyabrın 14-ü iqtisadiyyat üzrə Nobel mükafatları təqdim olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31