Məşhur gəlinliyinə 125 min manat verdi
9 Oktyabr 2019 14:22 DünyaCastin və Heyli Biber cütlüyünün toy fotoları paylaşıldı.
Olaylar.az xəbər verir ki, Heylinin gəlinliyi "Louis Vuitton"ın sənət dizayneri və "Off-White" firmasının sahibi Virgil Abloh tərəfindən ona özəl olaraq hazırlanıb.
Gəlinlik sadə görünsə də üzəri kifayət qədər bahalı daş-qaşla bəzədilib. Qiymətinin isə 125000 manat olduğu deyilir. Toyda Heyli Bieberin duvağındakı "Till death do us part" sözü diqqət çəkib. Bu cümlə "Ölüm bizi ayırana qədər" mənasını verir.
Qeyd edək ki, Avropa və Amerikadakı toylarda tez-tez işlədilən bu söz cütlüklərin bir-birinə verdikləri ən önəmli söz olaraq bilinir.

azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31