Sabiq kral ayrı yaşamaq üçün rus arvadına 900 min DOLLAR təklif etdi

Sabiq kral ayrı yaşamaq üçün rus arvadına 900 min DOLLAR təklif etdi

Malayziyanın keçmiş kralı V Məhəmməd "Miss Moskva 2015" titulunun sahibi Oksana Voyevodina ilə ötən ilin noyabrında Rusiyada ailə qurduqdan sonra ayrılmaq üçün külli miqdarda pul təklif edib.

Sabiq kral ayrı yaşamaq üçün rus arvadına 900 min DOLLAR təklif etdi - FOTO-VİDEO

Olaylar.az BiG.AZ-a istinadən verdiyi xəbərə görə, 4 aylıq hamilə xanımını olduğu atan kralın boşanma prosesi azı 3 ölkədə izlənilir: Malayziya, Rusiya və Britaniyada.

Kral tərəfinin nümayəndələri bildirir ki, oğulları Leonu saxlamaq üçün Oksana aya 2 milyon rubl aliment və 700 milyonluq əmlak tələb edir. Oksananın özü bu xəbərə şərh verməkdən imtina edib.

Sabiq kral ayrı yaşamaq üçün rus arvadına 900 min DOLLAR təklif etdi - FOTO-VİDEO

Voyevodinaya boşanma prosesində yardım edən dostlarının sözlərinə əsasən, sabiq kral İsveçrədə olarkən xanımıyla möhkəm dalaşdıqdan sonra ailəsini atıb gedib.

Ağır stress keçirən qadın nişan üzüyünü sataraq Rusiyaya qayıdıb. Ailəsini qorumaq cəhdləri nəticəsiz olub. Kralın vəkilləri ona uşağı böyütməklə bağlı məsələləri "səssiz" həll etməyi təklif edib və Oksanaya aya 75 000 dollar veriləcəyini vəd ediblər.

Oksana bütün təklifləri rədd edərək ərilə tez bir zamanda görüşməyi tələb edib. Lakin bu dəfə kralın hüquqşünaslarından yeni bonuslar təklifi gəlib. Ər Oksananın evinin əşyalarını (25 min dollarlıq), aviabiletlərini almağı, və hamiləlik dövründə tibbi hesablarını ödəməyi vəd edib. Amma bir şərtlə: Oksana ilə azı 900 min dollaradək almaq üçün uşağı Rusiyada deyil, Avropada (İsveç, Almaniya və ya Avstriyada) dünyaya gətirməli idi.

Sabiq kral ayrı yaşamaq üçün rus arvadına 900 min DOLLAR təklif etdi - FOTO-VİDEO

Oksana bu şərtlərə də razı olmadı və uşaq Rusiyada doğuldu. O zaman Məhəmməd müsəlman talaqını oxutdurdu, lakin heç bir sözünün üstündə dayanmadı. Ailə dostlarının sözlərinə görə, o, bir qəpik də oğlunun hesabına keçirməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31