Vəziyyət ciddiləşir: Kürdlər Əsədlə işbirliyinə gedir – Türkiyəyə zərbə

Vəziyyət ciddiləşir: Kürdlər Əsədlə işbirliyinə gedir – Türkiyəyə zərbə

PKK/YPG terror təşkilatına bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanı, general Mazlum Kobani Abdi Türkiyənin bu ölkədə hərbi əməliyyatlara başlamasına dair açıqlama yayıb.

Olaylar.az  xəbər verir ki, ABŞ-ın Suriyadan çəkilmə qərarından sonra Türkiyənin mümkün hücumlarına qarşı Suriya hakimiyyətinin baçısı Bəşər Əsədlə işbirliyi ehtimalını nəzərdən keçirdiklərini bildirib.

"NBC"-yə danışan kürd general "Masadakı variantlar arasında Əsədlə işbirliyi məsələsi də var" deyib:

"ABŞ-ın geri çəkilməsindən sonra Türkiyə əsas hədəfimizə çevrildi, İŞİD-lə mübarizə ikinci plandadır. Türkiyənin planlaşdırdığı əməliyyatlar narahatlıq yaradır, ABŞ xalqı qərarını dəyişməsi üçün Prezident Donald Trampa təzyiq etməlidir".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31