Putin özünün və Medvedevin maaşını artırdı

Putin özünün və Medvedevin maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və hökumət başçısının əmək haqqının qaldırılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən 2019-cu il oktaybrın 1-dən prezident və baş nazirin maaşları 4,3% artacaq.

Sosial zəmanəti təmin etmək üçün əmək haqqları indeksləşdiriləcək.

Həmin sərəncamla eyni artım müdafiə nazirinin, daxili işlər nazirinin, Federal Təhlükəsizlik Xidmətinin rəisinin və bir sıra digər məsul şəxslərin maaşlarına da şamil olunacaq.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31