ABŞ KXDR ilə bağlı qərarını verdi
ABŞ KXDR ilə bağlı qərarını verdi
8 Oktyabr 2019 10:27 DünyaABŞ Dövlət Departamenti KXDR-in yaxın həftələrdə denuklearizasiya dialoqunun davam etdirilməsi barədə qərar verməsinə ümid edir.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Vaşinqtonun danışıqları bərpa etməyə hazır olduğu bildirilir.
ABŞ-ın tərksilah konfransındakı daimi nümayəndəsi Robert Vud qeyd edib ki, ABŞ danışıqları davam etdirmək üçün Stokholma qayıtmağa hazırdı.
Qeyd edək ki, KXDR-in xüsusi tapşırıqlar üzrə səfiri Kim Myon Qilin rəhbərlik etdiyi nümayəndə heyəti və ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqanın rəhbərlik etdiyi nümayəndə heyəti Stokholmda rəsmi işgüzar görüşlər keçirib.
Ancaq danışıqların bitməsini gözləmədən, Şimali Koreyalı diplomatlar işçi görüş yerini tərk ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31