Qara dəniz sahillərində qədim xəzinə tapıldı
Qara dəniz sahillərində qədim xəzinə tapıldı
8 Oktyabr 2019 10:17 DünyaBolqar arxeoloqlar Qara dəniz sahillərində V əsrə aid xəzinə tapıb.
Olaylar.az xəbər verir ki, qazıntılar Devnya şəhərində aparılıb. Arxeoloqlar, ümumilikdə, 16 qızıl və 20-dən çox bürünc sikkə tapıb. Onlardan daha dəyərliləri üzərində imperator II Feodosinin və imperator III Valentianın şəkilləri əks olunan sikkələrdir.
Varnanın diyarşünaslıq muzeyinin eksperti Xristo Kuzovun sözlərinə görə, xəzinənin hunların qədim Markianopol şəhərinə hücumu zamanı gizlədilməsi ehtimalı var.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31