Türkiyə Suriya mövzusunda qətiyyətlidir – “Terrorçulardan təmizləyəcəyik”

Türkiyə Suriya mövzusunda qətiyyətlidir – “Terrorçulardan təmizləyəcəyik”

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində Suriya məsələsi ilə bağlı yazıb.

Olaylar.az bildirir ki, Çavuşoğlu, Suriyanın şimalını terrorçulardan təmizləməkdə qərarlı olduqlarını qeyd edib.

"Suriyadakı böhran başlayandan bu ölkənin ərazi bütövlüyünü dəstəkləmişik. Bundan sonra da dəstəkləməyə davam edəcəyik. Bölgəni terrorçulardan təmizləyərək ölkəmizin mövcudluğunu və təhlükəsizliyini qorumaqda qətiyyətliyik. Suriyada əmin-amanlıq, sülh və sabitliyin yaranmasında iştirak edəcəyik", - deyə M.Çavuşoğlu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31