Cinssiz tualetlər açıldı, qalmaqal qopdu- London məktəbində biabırçılıq
London məktəbində biabırçılıq - Cinssiz tualetlər açıldı, qalmaqal qopdu
7 Oktyabr 2019 13:03 DünyaBritaniyada bəzi məktəblərdə neytral tualetlərin açılması ölkədə qalmaqal yaradıb.
Londonun qərbində yerləşən "Deanesfield Primary School"un şagirdləri, xüsusən də qızlar müdriyyətin sanitar qovşaqları ilə bağlı qərarından narazıdırlar.
Onlarla valideyn məktəb müdriyyətinə və digər səlahiyyətli şəxslərə məktub yazaraq mövcuz vəziyyətin dəyişdirilməsini tələb edirlər.
Belə ki, sözügedən məktəbdə qızlarla, oğlanların ayaqyolu eynidir. Bu səbəbdən də, qızlar bir neçə gündür ki, dərsə getmirlər, dərsə gedənlər isə ayaqyolundan istifadə etmirlər.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31