6 şaxtaçı dəm qazından zəhərlənib öldü

6 şaxtaçı dəm qazından zəhərlənib öldü

Qırğızıstanın cənubunda, Batken vilayətində yerləşən iki kömür mədənində 6 şaxtaçı dəm qazından zəhərlənərək ölüb.

Bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Xəstəxanaya yerləşdirilən şaxtaçıların həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbi kimi təhlükəsizlik qaydalarına əməl edilməməsi göstərilir.

Sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31