Sərkisyan Putinə elə sözlər yazdı ki...

Sərkisyan Putinə elə sözlər yazdı ki...

Ermənistan Prezidenti Armen Sərkisyan Rusiya lideri Vladimir Putinə ad günü münasibətilə təbrik məktubu göndərib.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, A.Sərkisyan təbrikində "Vladimir Putinin iki ölkə arasında siyasi, iqtisadi, hərbi, humanitar əlaqələrin möhkəmlənməsinə verdiyi şəxsi töhfələri yüksək qiymətləndirib".

"Ermənistanda Rusiya liderini dost və bütün dünyanın ən avtoritetli siyasətçilərindən biri kimi tanıyırlar", - deyə təbrik məktubunda bildirilir.

Bundan öncə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov V.Putinin doğum gününü - 7 oktyabr tarixini yaxınlarının və qohumlarının yanında təbiətdə keçirəcəyini söyləyib. Bu gün V.Putinin 67 yaşı tamam olur.
 

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31