Trampın Ukrayna ilə bağlı şok planı – Sirlər açıldı

Trampın Ukrayna ilə bağlı şok planı – Sirlər açıldı

ABŞ Prezidenti Donald Trampla əlaqəli bir qrup amerikalı iş adamı Ukraynanın neft-qaz kompaniyası olan "Naftoqaz"a yeni rəhbər təyin etmək üçün mövcud rəhbərliyi işdən uzaqlaşdırmağa cəhd edib.

Olaylar.az  xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatında qeyd olunur ki, martın əvvəlində üç iş adamı - Lev Parnas, İqor Furman və Harri Sarciant Andrei Kobolevin "Naftoqaz"ın rəhbəri vəzifəsindən çıxarılmasını və daha sonra onun Andrey Favorovla əvəzlənməsini planlaşdırıblar.

Bildirilir ki, Ukraynadakı prezident seçkilərində Vladimir Zelenskinin qələbəsindən sonra biznesmenlərin planı uğursuzluğa düçar olub.

Oktyabrın 5-də "Politico" qəzeti mənbələrinə istinadən məlumat yaymışdı ki, ABŞ-ın energetika naziri Rik Perri Ukrayna hakimiyyətinin "Naftoqaz"ın idarə heyətini genişləndirməsində və amerikalıların da ora daxil edilməsində israr edib.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31