23 yaşlı futbolçu terasdan yıxılıb, öldü - FOTO

23 yaşlı futbolçu terasdan yıxılıb, öldü - FOTO

23 yaşlı futbolçu terasdan yıxılıb, ölüb.

Argentinalı futbolçu, 23 yaşlı Ezequiel Esperon dostları ilə birlikdə partidə əylənərkən 6-cı mərtəbədə yerləşən terasdan yıxılıb.

Ağır yaralı vəziyyətdə Buenos Ayresdəki "Zubizarreta" xəstəxanasına çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə bazar günü gecə saat 3-də, Buenos Ayresin Villa Devoto səmtində yerləşən 6 mərtəbəli binada baş verib.

Qeyd edək ki, o, Buenos Ayresin "All Boys" klubunun futbolçusu idi. Esperon bundan əvvəl "Atlante de Mexico" klubunda da çıxış edib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31