Ərdoğan səlahiyyətlərini təhvil verdi

Ərdoğan səlahiyyətlərini təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Olaylar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir. 
Məlumata görə, bu addım R.T.Ərdoğanın Serbiyaya səfəri ilə əlaqədardır. 
Bildirilir ki, R.T.Ərdoğanın Serbiyaya səfəri 7-8 oktyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, R.T.Ərdoğan sonuncu dəfə 8-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak etmək üçün Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edərkən səlahiyyətlərini təhvil vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31