Kosovanı müstəqil edən partiya seçkini uduzdu
Kosovanı müstəqil edən partiya seçkini uduzdu
7 Oktyabr 2019 10:58 DünyaKosovanın son 10 ildə hakim partiyası olan Demokratik Partiya yerli parlament seçkisində məğlub olub.
Olaylar.az xəbər verir ki, 96% seçki məntəqəsindəki səslərin hesablanmasından sonra seçkidə qələbəni Müqəddəratını Təyinetmə radikal hərəkatı əldə edib. Belə ki, hərəkat səslərin 25,77%-ni əldə edib. Ondan sonrakı yerdə reformist Demokratik İttifaq Partiyası (25,05%) yer alıb.
Kosovaya uzun illər rəhbərlik edən Demokratik Partiya isə 21,16% səs toplayaraq, antirekord vurub.
Qeyd edək ki, Demokratik Partiya 2007-ci ildə Kosovanın müstəqilliyini elan edən partiya olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31