Məhərrəmlikdə erməni oyunları keçirən ölkə Azərbaycana din dərsi verir
5 Oktyabr 2019 19:05 Dünyaölüm günü, 11 fevral "İslam İnqilabı", 8 mart Həzrət Əlinin doğum günü, 20 mart İranda neft sənayesinin milliləşdirilməsi, 21-23 mart Novruz Bayramı, 31 mart İslam Respublikasının elan edilməsi, 1 aprel təbiət, 8 apreldə Mühəmməd peyğəmbərin zühuru, 21 aprel İmam Mehdinin anadan olması, 26 may Həzrət Əlinin ölümü, 4 iyun Ruhulla Xomeyninin ölümü, 5 iyun "Eyd əl Fitr" (Ramazanın son günü), 5 iyun "şah rejiminin devrilməsi", 29 iyun Cəfər əs Sadiqin ölümü, 12 avqust Qurban Bayramı, 20 avqust Qədir Xum, 9 sentyabr İmam Hüseyn taşuası, 10 sentyabr Aşura, 19 oktyabr "Ərbəin (İmam Hüseynin ölümü), 27 oktyabr Həzrəti Müəhəmmədin ölümü, 29 oktyabr İmam Rzanın ölümü, 6 noyabr İmam Həsən Əsgərinin ölümü, 15 noyabr Həzrəti Mühəmmədin anadan olan günü dövlət mərasimləri kimi qeyd olunur. Bundan əlavə, "Çaharşənbə-Suri" (atəşpərəstlik), "Yalda" (qədim hind-fars mərasimi qismində Mitranın anadan olması (Günəş Tanrısı) bayramı, "Mehriqan" (farslarda qədim yeni il bayramı, 21 sentyabr) xalq bayramları qeyd olunur. Bütün bunların qonşu dövlətlərdə ümumxalq mərasimləri kimi həyata keçirilməsinə çalışılır. Azərbaycan Respublikası ilə bağlı inanclı vətəndaşların bu prosesdə iştirak etməsi üçün 30 ilə yaxındır Tehran molla rejimi bütün imkanları ilə dərin siyasət yürüdür. Əslində bu təşəbbüslər dövlətimizin daxili işlərinə qarışmaq deməkdir.
Rəsmi Bakıya təhdid: "Aşura Azərbaycan Respublikasında Avrovizionu məhv
etdi"
İranda dövlət informasiya mənbələrindən biri kimi tanınan "mashrenews.r" portalı yeni iddialar irəli sürüb. Azərbaycan Respublikasında həyata keçirilən multikulturalizm və tolerantlıq tədbirlərinə kölgə salmaqla, öz xarakterlərinə uyğun təşəxxüslə, kibrlə qeyd edir ki, rəsmi Bakının bu addımları tamamilə yanlışdır. Guya Azərbaycan iqtidarı bu iki mühüm sahəni "kor-koranə" həyata keçirir və "fərqli etiqad sahibləri"nə xüsusi şərait yaratmaqla onlar üçün çalışır. Molla rejiminin Yaxın Şərqlə bağlı apardığı siyasi hədəflərin mərkəzində duran və qətiyyətlə inkar etdiyi İsrail dövləti ilə münasibətlərinin gərginliyinin digər müsəlman ölkələrinə ixrac üzərində köklənmiş hədəfləri üzərindən Azərbaycan Respublikasını hər zaman olduğu kimi tənqid atəşinə tutmağa çalışılır. Xatırladaq ki, bir müddət əvvəl şiələrin müqəddəs saydıqları məhərrəmlik ayında Tehranda umumdünya erməni oyunları keçirilmiş, yarı lüt erməni qızlarının iştirak etdiyi açılış mərasimi və tədbir İran mediasında geniş işıqlandırılmışdı. İranın dövlət başçısı
təsbiti kimi dəyərlər mövcuddur. O ki qaldı Qafqaz Müsəlmanları İdarəsinə, bu qurum qanunla Ədliyyə Nazirliyində qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıb. Yəni rəsmi dövlət təşkilatı sayılmır. Azərbaycan Respublikasında qeydiyyata alınmış ictimai təşkilatların hər birinin nə qədər üzvünün olması barəsində hər hansı bir məhdudiyyət də yoxdur. Dövlətin rəsmi tədbir və toplantılarında bütün ictimai qurumlara eyni səviyyədə münasibət göstərilir. Onların arasında hər hansı bir ayrı-seçkilik nümayiş etdirilmir. Dini mərasimlərin necə həyata keçirilməsi isə, qanunla tənzimlənir.
Böhtanlar yağmurundakı hədəflər
"Mashrenews.ir" portalında gedən cızmaqaralardan ruhlanan gerizəkalı müəllif bir qədər uzağa gedərək Azərbaycan Respublikası hakimiyyətinə "ağıl" vermək təşəbbüslərini də gizlətmir. Guya ölkəmizdə "düzgün olmayan" mədəniyyət siyasəti hökm sürür. Multikuluralizm və tolerantlıq siyasəti "Azərbaycanı uçuruma yuvarladır" tipli münasibətin müəllifin özünün nə qədər dayaz olduğunu isbat edir. Portal molla rejiminin
nə kimi hədəfləri olduğunu da dolayı yolla etiraf edir: "Cəmiyyəti islam və şiə dəyərlərindən uzaqlaşdırmaq bu ölkədəki mədəniyyətin əsas məqsədlərindən biridir. İllərdir ki, islam dəyərləri və düşüncəsi ilə ziddiyyət təşkil edən və düşüncələrin xalqa qəbul etdirilməsi istiqamətdə külli miqdarda xərclər çəkilir. Tədris vəsaitlərində islam təliminə yer ayırmamaqla yanaşı, cəmiyyətin dünyəvi və sekulyar yetişdirilməsi üçün anti-dın təlimlər baş alıb gedir. Televiziya kanalları, təhsil, mədəniyyət nazirlikləri cəmiyyətin mədəniyyətini istiqamətləndirən qurumlar kimi var gücü ilə təbliğatlarında islam dininin əsaslarına yer verməməklə yanaşı, xalqı sekulyar dövlətin prinsiplərinə ziyanlı hesab etdiyi islam və şiə əqidəsindən uzaqlaşdırmaq uçun proqramları həyata
keçirir". "Avroviziya" Beynəlxalq Mahnı Yarışmasının Azərbaycanda keçirilməsini indiyə kimi sindirə bilməyən iki ölkə mövcuddur: İran və Ermənistan. 2012-ci ildən yeddi il ötməsinə baxmayaraq, Tehran molla rejimi bu beynəlxalq tədbirin mahiyyətini unutmaq istəmir. Halbuki "Avroviziyia" yarışması ilə Azərbaycan bütün dünyanın diqqət mərkəzində oldu. Tehran molla rejimi və işğalçı Ermənistan isə tamamilə kölgədə qaldılar. Bir opera, balet və beynəlxalq miqyasda simfonik əsərlər yarada bilməyən Tehran molla rejimi yeni bir iddia irəli sürür: "Azərbaycandakı musiqilər qeyri-islamidir" Tehran molla rejimi Azərbaycan dövlətinin beynəlxalq miqyasda iqtisadi, mədəni və digər əlaqələrini gücləndirdikcə, bütün bunlardan daha da qeyzlənməkdədir. "Qəbələ Musiqi Festivalı", "TÜRKSOY" Festivalı, şərab festivalı, moda yarışmaları və sairləri "qeyri-əxlaqi məzmunlu" pozğunluq adlandırır. Dini məsələlər barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları idarəsi. Prezident yanında Milli Mənəvi Dəyərlərin Təbliği Fondu və yüzlərlə təşkilatların fəaliyyətinə kölgə salmaq təbliğatlarını aparır. Guya əsil dini təbliğat sadəcə Tehran molla rejiminə məxsusdur.
-
Azərbaycan Respublikası hökumətinin son illərdə dini-ideoloji müstəvidə apardığı
bir sıra uğurlu addımlar Tehran molla rejiminin kürkünə əməlli- başlı birə salıb. Ona görə
ki, məscid və mədrəsələr, digər dini strukturlar tamamilə dövlətin nəzarətinə alınıb.
Çünki bir sıra dini təşkilatlar, icmalar, ibadət məkanları müxtəlif dövlətlərin ideoloji
mərkəzinə çevrilmişdi. Beləliklə də fərqli təriqət və məzhəblər arasında yaşanılan
qarşıdurmaların önü kəsilib. "Meşə qardaşları" təşkilatı silahlı terroru təbliğ etməklə
yanaşı, "Qafqaz İslam Xilafəti"ni qurmaq istəyirdi. Bunun üçün terror əməllərindən
çəkinmədiklərini belə, iddia edirdilər.
"Nardaran olayları" zamanı bəlli oldu ki, Azərbaycan Respublikasının mövcud
Konstitusiyasını tanımaq istəməyənlər ölkədə "şəriət dövləti" qurmaq üçün
genişmiqyaslı hazırlıqlar görürdülər. "Liberal dindarlar" adı altında dövlətimizin strateji
sahələrində mühüm vəzifələr tutmuş və xarici ölkələrdən dəstək alanlar hətta "dövlət
çevrilişi" təşəbbüslərində bulunmuşdular. Bütün bunlar Azərbaycanın ictimai-siyasi
həyatının son illərdə gündəmə gəlibdir. Xarici dövlətlərdə dini təhsil almaq adı ilə gedən
vətəndaşlarımız sonradan həmin ölkələrin strateji hədəflərini həyata keçirmək üçün
səfərbər olunmuşdular. Ona görə də Azərbaycan dövlətinin "Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi"ni, bunun ardınca "İlahiyyat İnstitutu"nu yaratması mühüm addımlardan
biri kimi qeyd etmək daha doğrudur. Bakının tən mərkəzində yerləşən "İçərişəhər Cümə
Məscidi", "Məşədi Dadaş", Yeni Günəşli qəsəbəsindəki "Fatimeyi-Zəhra" məscidi,
Nardaran qəsəbəsindəki "Bibi Rəhimə" və Gəncədəki "İmamzadə ziyarətgahlarında,
Astara rayonunun Ərçivan kəndinin məscidində, Mingəçevir, Sumqayıt və digər
bölgələrdəki dini ocaqlarda Tehran molla rejiminin dolayı yolla düzənləmək istədiyi
aksiyaların qarşısının alınması onları əndişəyə salıb. "Aşura" və "tasua" mərasimləri
bəhanəsi ilə məhərrəm ayının ayinlərinin icrası adı altında izdihamlı yürüşlər təşkil
etməklə cəmiyyətdə psixoloji baxımdan üstün mövqelərə çıxmağı hədəf seçən Tehran
molla rejimi bu dəfə iflasa uğrayıb. "Əzadarlıq" adı ilə mərasimlərin keçirilməsi,
tolerantlıq və multikulturalizmi pozğunluq adlandırmaq da İran molla rejiminin maraq
dairəsində idi. Hətta dindar qadınları öz siysi maraqlarına qurban verən Tehran molla
rejimi "biz ölərik hicabı əldən vermərik" şüarı ilə hədəflərini gizli tutmağa çalışdı. Tehran
molla rejiminin əsil hədəfi Azərbaycan Respublikasında "siyasi islam" strategiyasını
rəsmiləşdirməkdir. Bunun ardınca isə, ölkəmizdə "şəriət dövləti"nin qurulması və ən
sonda dövlətimizi vassala çevirməkdir.
Unutmaq olmaz ki, Azərbaycanın bütün qanunları dünya demokratik proseslərinin
tərkib hissəsi olaraq mövcuddur. Bu, həm də bəşəri inkişaf üçün dövlət siyasətinin ən
mühüm vasitəsidir. Ona görə də Azərbaycan Respublikasının Konstitusiyasına görə din
vicdan məsələsidir. Yəni dövlətdən ayrıdır. Tehran molla rejimi tərəfindən təsbit edilmiş
dini mərasimlərin Azərbaycan Respublikasında dolayı şəkildə rəsmiləşdirilməsi
ölkəmizin ideoloji baxımdan işğalı deməkdir. İki yüzillik işğalçılıq siyasətinə qarşı
zaman-zaman qan tökmüş, dövlət müstəqilliyimizi əldə etmiş xalqımız əsla hər hansı bir
işğalçılıq siyasətini qəbul etməyəcəkdir.
Ənvər Yusifoğlu