SEPAH İranda rus jurnalisti həbs etdi
SEPAH İranda rus jurnalisti həbs etdi
4 Oktyabr 2019 14:11 DünyaTehranda rusiyalı jurnalist Yuliya Yuzik SEPAH tərəfindən saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu məlumatı rusiyalı jurnalist Boris Voyçexovski deyib. O, Yuzikin İrana dəvət əsasında getdiyini bildirib.
Jurnalistin sənədlərinin hava limanında alındığı və ölkəni tərk edərkən qaytarılacağı vurğulanıb:
"Lakin bundan sonra onun oteldəki otağının qapısı sındırılıb və Yuliyanı SEPAH-ın əməkdaşları oteldən götürüblər. Yuliyaya Moskvaya zəng etməyə yalnız oktyabrın 3-də izn verilib. SEPAH Yuziki İsrail xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edir".
Qeyd edək ki, Yuzik "Komsomolskaya Pravda"da çalışıb. 2003-cü ildən o, jurnalist araşdırmalarıyla məşğul olur.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31