Hindistan HHQ səhvən öz helikopterini vurdu
Hindistan HHQ səhvən öz helikopterini vurdu
4 Oktyabr 2019 14:00 DünyaHindistan Hərbi Hava Qüvvələri (HHQ) bu ilin fevral ayında yanlış olaraq öz helikopterini vurub.
Bunu ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Rakeş Kumar Sinqh etiraf edib.
Onun sözlərinə görə, insidentlə əlaqədar iki hərbçi məsuliyyətə cəlb olunacaq. Qeyd olunub ki, hadisə ilə bağlı uzun müddət təhqiqat aparılıb.
Bu il fevralında Cammu və Kəşmir ştatında Hindistana məxsus helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olmuşdu.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31