Türkiyəyə tələ: ABŞ 1 həftədə kürdlərə 300 TİR silah verdi
Türkiyəyə tələ: ABŞ 1 həftədə kürdlərə 300 TİR silah verdi
4 Oktyabr 2019 13:34 DünyaABŞ Suriyada İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı YPG/PKK-ya hərbi dəstəyini davam etdirir.
Olaylar.az xəbər verir ki, terror təşkilatına hərbi və logistik dəstək verən ABŞ son bir həftədə Suriya-İraq sərhəddindənki Simelka məntəqəsindən YPG-yə 300 TIR hərbi ləvazimat göndərib.
YPG/PKK-nın işğalı altında olan bölgələrə göndərilən TIR-larda əsasən, hərbi baza inşasında istifadə edilən beton bloklar, avtomobillər, generatorlar, yanacaq və konteynerlər olub.
Yerli qaynaqlara görə, konternerlərdə əsasən, yüngül və ağır silahlar, hərbi ləvazimatlar, siqnalzasiya və radar qurğuları olub.
Son bir həftə ərzində bura çatdırılan hərbi yüklər eyni zamanda ABŞ-ın hərbi bazalarına paylanılıb.
ABŞ 21 sentyabrda YPG işğalında olan bölgələrə 200TIR yük göndərib. YPG-nin işalı altında olan Ayn İsa və Şədddadi bölgəsinə sentyabrın 9-da 55 TIR yük göndərən ABŞ sentyabrın 4-də terror təşkilatının nəzarətindəki bölgələrə 60 avtomobili yük çatdırmışdı.
Qeyd edək ki, hazırda ABŞ-ın Suriya ərazilərində 18 hərbi bazası mövcuddur. 2015-ci ildən YPG-yə dəstək verən ABŞ-ın Suriyadakı 18 hərbi bazasında 2 minə qədər hərbi personalı fəaliyyət göstərir.
teleqraf.com