Təyyarədə iki aylıq körpə öldü
Təyyarədə iki aylıq körpə öldü
4 Oktyabr 2019 13:01 Dünya3 oktyabr saat 22:00-da Moskva- Qroznı reysini həyata keçirən təyyarə Volqoqrad şəhərində təcili eniş edib.
Buna iki aylıq körpənin vəfat etməsi səbəb olub.
Uşağın xəstəxanaya aparıldığı, lakin reanimasiya tədbirlərinin müsbət nəticə vermədiyi qeyd olunub.
İstintaq Komitəsinin regional təhqiqat şöbəsinin nümayəndəsi Natalya Rudnik agentliyə uşağın ölüm faktını təsdiqləyib. Onun sözlərinə görə, uşağın ölümünə səbəb ola biləcək ciddi anadangəlmə bir xəstəliyi olub.
Rudnik körpənin cəsədinin məhkəmə ekspertizası üçün göndərildiyini və yoxlamanın nəticələrinə əsasən prosedur qərar veriləcəyini əlavə edib.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31