Mahatma Qandinin kremasiya olunmuş külünü oğurladılar
Mahatma Qandinin kremasiya olunmuş külünü oğurladılar
4 Oktyabr 2019 11:38 DünyaHindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandinin kremasiya olunmuş külü məqbərəsindən oğurlanıb.
İnsident M.Qandinin 150 illik yubileyinin qeyd olunması zamanı baş verib. Bildirilir ki, məqbərəyə liderin ruhu qarşısında təzim etmək üçün gələn yerli şura başçısı Qurmit Sinqx oğurluq faktını aşkarlayıb. Vandallar külü götürdükdən sonra məqbərənin divarlarına "millətin satqını" sözlərini də yazıblar.
Qeyd edək ki, M.Qandi 1948-ci ilin yanvarında qətlə yetirildikdən sonra meyiti kremasiya olunub.
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31