Ukraynada hərbi təyyarə yerə çırpıldı: 4 ölü
Ukraynada hərbi təyyarə yerə çırpıldı: 4 ölü
4 Oktyabr 2019 11:15 Dünya"An-12" tipli təyyarə Ukraynanın Lvov şəhərinin hava limanına təcili eniş zamanı qəzaya uğrayıb.
Olaylar.az rus mediasına istinadən bildirir ki, qəza nəticəsində təyyarədə olan 7 nəfərdən 4-ü həlak olub.
Təyyarə yerli vaxtla saat 07:10-da radarlardan itib. 19 dəqiqədən sonra ekipaj üzvlərindən biri təcili eniş barədə radioda məlumat verib.
Saat 07:46-da "An-12" uçuş zolağından yarım kilometr məsafədə tapılıb.
Hadisə yerinə 41 xilasedici və 7 xüsusi texnika cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31