İran ordusu: Qasim Süleymaniyəyə qarşı sui-qəsd təşkil olunub
İran ordusu: Qasim Süleymaniyəyə qarşı sui-qəsd təşkil olunub
3 Oktyabr 2019 15:55 Dünya10 sentyabrda keçirilən Aşurə tədbirləri əsnasında SEPAH-a bağlı "Qüds gücü"nün komandanı Qasim Süleymaniyə qarşı 500 kq partlayıcı ilə sui-qəsd hazırlanıb.
Olaylar.az xəbər verir ki, bu sözləri Tehranda hərbi generalitetin iştirakı ilə keçirilən tədbirdə çıxış edən SEPAH-ın kəşfiyyat rəisi Hüseyin Taib deyib. Taib sui-qəsdin İsrail və ərəb ölkələrinin kəşfiyyatları tərəfindən planlandığını iddia edib. Taib sui-qəsdçilərin ələ keçirildiyi və terror aktının qarşısının alındığını bildirib.
Hüseyn Taib sui-qəsdçilərin Kirman şəhərində Süleymaninin Aşurə tədbirləri üçün getdiyi hüseyniyəyə (red: məsciddən kiçik ibadət yerləri) yaxın yerdə ev satın aldığını, orada hazırladıqları 500 kq partlayıcını açılacaq kanalla hüseyniyəyə yerləşdirilməsi və Süleymaninin bura gəlməsi əsnasında partladılması planını açıqlayıb.
Avropa.info