Rusiyada 15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürdü

Rusiyada 15 yaşlı məktəbli paralel sinifdə oxuyan qızı öldürdü

Rusiyada məktəbli qətl törədib.

Olaylar.az  APA-ya istinadən xəbər verir ki, Moskva ətrafında yerləşən Balaşixa şəhərində sahibsiz binada 15 yaşlı məktəbli qızın meyiti tapılıb. Meyitin baş nahiyəsində zədələr olub. Faktla bağlı cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları araşdırma nəticəsində qətldə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Məlum olub ki, hadisəni qızla paralel sinifdə oxuyan 15 yaşlı oğlan törədib.  

Yeniyetmə istintaqa ifadəsində qətl törətdiyini etiraf edib. O bildirib ki, həmyaşıdı olan qızla mübahisə gözlənilmədən münaqişəyə çevrilib və bu zaman onu öldürüb. Məktəbli hadisədən peşman olduğunu da deyib.  

Araşdırmalar davam etdirilir.

Falçı qızın 2 milyonunu aldı və yoxa çıxdı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31