İtaliya klubunun sahibi vəfat etdi

İtaliya klubunun sahibi vəfat etdi

İtaliya A seriyasında çıxış edən "Sassuolo" klubunun sahibi Corcio Skuintsi vəfat edib.

Olaylar.az goal.az-a istinadən xəbər verir ki, iş adamı 76 yaşında uzun sürən xəstəlikdən sonra ölüb.

Qeyd edək ki, Skuintsi "Sassuolo"nu 2002-ci ildə alıb. Klub onun dönəmində C2 seriyasından yüksək dəstəyə qədər yüksəlib və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Mapei-Quick Step velosiped komandasını da maliyyələşdirən iş adamı həm də Milan azarkeşi idi.

Müğənni Lalə vəfat etdi - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31