Kraldan boşanmağının dəyəri - Londonda villa, Moskvada ev

Kraldan boşanmağının dəyəri - Londonda villa, Moskvada ev

Malayziya kralı ilə evli olan rus gözəl boşanmaq üçün dodaq uçuqladan tələblər irəli sürüb. 27 yaşlı Oksana Voevodina kral 5-ci Məhəmməddən boşanmaq üçün pul, ev, malikanə tələb edib.

May ayında oğlunu dünyaya gətirən gənc qadının evliliyinin dağılmasına səbəb onun intim görüntüləri olub. Belə ki, Rusiyanın TNT kanalında 11 nəfərin bir villada yaşadığı və gündəlik həyat tərzlərinin nümayiş edildiyi veriliş çəkilib. Buradakı qadınlardan biri intim görüntüləri, hovuzdakı cinsi əlaqəsi verilişə damğa vurub. İddialara görə, bu qadın məhz Oksana olub. Bundna başqa onun dünyaya gətirdiyi uşağın da kraldan olmadığı haqqında şayiələr yayılıb. Bundan sonra kralın ailəsi onun evliliyinə etiraz edib. Taxtından əl çəkməyən kral boşanmağı seçib. Ailə hətta 50 yaşlı krala yeni gəlin də tapıb.

Hazırda Moskvada oğlu Leonla yaşayan gənc model boşanmaq üçün kral ərindən Rusiya paytaxtında 1,2 milyon funt sterlinqlik ev, uşağı üçün ayda 24 min sterlinq və Londonda 8 milyonluq mülk tələb edir.

Kral ailəsinin bu tələblərə necə reaksiya verəcəyi hələlik bəlli deyil. Lakin körpənin bütün xərclərini V Məhəmməd qarşılayır.

ISTİPRESS.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31