ABŞ Türkiyədən onların azad edilməsini istəyir - Səfir şəxsən məhkəmədə

ABŞ Türkiyədən onların azad edilməsini istəyir - Səfir şəxsən məhkəmədə

Casusluqda ittiham edilən ABŞ-ın İstanbuldakı Baş konsulluğunun əməkdaşı Mətin Topuz zor gücünə məhkəməyə gətiriləcək.

Olaylar.az xəbər verir ki, Mətin Popuz ABŞ-ın İstanbul Baş konsulluğunda işləmiş Nəzmi Mete Cantürk ilə xanımı və qzının FETÖ üzvü olması iddiası əsasında keçirilən məhkəmə prosesində şahid qismində dindiriləcək.

İstanbulda keçirilən məhkəmə prosesinə ittiham olunan Mete Cantürk, Sevim Cantürk və Kevser Cantürk qatılıb.

ABŞ-ın Ankaradakı səfiri Devid Satterffield, ABŞ-ın İstanbuldakı baş kosulu Daira Darnell də məhkəmə prosesini izləyib.

Məhkəmə prosesindən əvvəl Mete Cantürklə konsul Daira Darnell bir müddət söhbət ediblər.

Hakimlər başqa bir məhkəmə işində casusluqda ittiham olunan Mətin Topuzun məhkəməyə gələrək ifadə verməsi haqda qərar qəbul edib.

Məhkəmədən sonra ABŞ səfirliyi tvitter hesabında açıqlama yayıb:

"Mətin Topuzla bağlı sentyabrın 18-də keçirilən məhkəmə prosesində, bu gün isə Mete Cantürkün məhkəməsində ABŞ səfirliyi müşahidəçi qismində iştirak edib. Hörmətli Topuzun və Cantürkün cinayət fəaliyyətində olduqlarına dair etibarlı dəlillər görmədik. Biz türk məqamlarından bu məsələləri sürətli, şəffaf və ədalətli bir şəkildə həll etməyə çağırırıq".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31