Dənizlidə quduz həyəcanı- 15 məhəlləyə giriş-çıxış qadağan edildi
Dənizlidə quduz həyəcanı- 15 məhəlləyə giriş-çıxış qadağan edildi
3 Oktyabr 2019 13:28 DünyaDənizlinin Bekilli rayonun Gəmcə məhəlləsində quduz panikası yaşanıb.
Olaylar.az-ın Türkiyə bürosu xəbər verir ki, bir fermerin təsərrüfatındakı ölü inəkdən alınan nümunələrdən quduzluq tapılıb.
Bununla əlaqədar olaraq rayonda 15 məhəlləyə giriş-çıxışa qadağa qoyulub və karantin elan edilib.
Mütəxəssislər bölgədəki bütün ev heyvanlarından nümunə alıblar. Ölən inəyin vəhşi bir heyvan tərəfindən dişlənməsi nəticəsində xəstəliyə yoluxduğu güman edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31